Meksikada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 35 mini keçib

Meksikada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 35 mini keçib
# 11 may 2020 08:21 (UTC +04:00)

Meksikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 35 022-yə çatıb. Son sutkada burada daha 1562 nəfərin COVID-19 testi müsbət nəticələnib, infeksiya daşıyıcısı olan 112 nəfər dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel müntəzəm keçirilən mətbuat konfransında öz açıqlamasında deyib.

Rəsmi məlumata görə, hazırda ölkədə 8457 aktiv koronavirus daşıyıcısı var. Ölümcül virusdan indiyədək 3465 nəfər ölüb, daha 247 ölüm faktı üzrə koronavirus şübhəsi araşdırılır. Rəsmilər 19 979 nəfərin koronavirusa yoluxmasından şübhələnir, ümumilikdə 130 956 nəfər testdən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR