Gədəbəy sakini döyülüb.
APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Maarif kənd sakini 2002-ci il təvəllüdlü Sarıyev Elşən Ümid oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
E. Sarıyevə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. E. Sarıyev bacısının boşandığı həyat yoldaşının qohumları tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.