Fazil Mustafa: “Bələdiyyələrin səlahiyyətlərin genişlənməsinə ehtiyac var”

Fazil Mustafa: “Bələdiyyələrin səlahiyyətlərin genişlənməsinə ehtiyac var”
# 30 may 2019 13:39 (UTC +04:00)

“Bələdiyyələrin səlahiyyətlərin genişlənməsinə ehtiyac var”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bildirib.

O deyib ki, bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrə lokal səlahiyyətlər verilməlidir: “Hazırda bələdiyyələr ölü quruma çevrilib. Müəyyən qurumlar üçün inzibati qaydada 2 gün ərzində bələdiyyənin qərarını ləğv etmək çox asandır. Bələdiyyələrin səlahiyyətləri məsələsini indidən həll etməliyik ki, bələdiyyə seçkilərinə də maraq artsın”.

Qeyd edək ki, indiyə qədər Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirmək, rəy hazırlamaq, təkliflər vermək və zərurət yarandıqda, audit yoxlamasını həyata keçirmək səlahiyyəti olub. Qanuna dəyişiklik bu səlahiyyətin ləğvini nəzərdə tutub. Qanun səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR