Bakıda 34 yaşlı kişi bıçaqlanıb.
APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1986-cı il təvəllüdlü Tərlan Abdulhüseynov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gəlib. O, naməlum şəxs tərəfindən bıçaqlandığı deyib. Daha sonra huşunu itirib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.