Köməksiz qalan balıqçılar xilas edilib

Köməksiz qalan balıqçılar xilas edilib
# 13 iyul 2019 12:17 (UTC +04:00)

Bakıda iki balıqçı xilas edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 12-də saat 20.40 radələrində “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində, qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib, S. Hənifəzadə və H. Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR