Göyçayda 6 otaqlı ev yanıb

Göyçayda 6 otaqlı ev yanıb
# 26 fevral 2020 19:32 (UTC +04:00)

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:30 radələrində Göyçayın Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Evə birləşik çardaq da yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısını alıblar, alov söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR