NASA-nın “Adını Marsa yazdır” layihəsində Türkiyə birinci olub

NASA-nın “Adını Marsa yazdır” layihəsində Türkiyə birinci olub
# 24 may 2019 07:45 (UTC +04:00)

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) tərəfindən 2020-ci ildə Mars planetilə bağlı həyata keçirdiyi layihə sosial şəbəkədə çox sayda insanın diqqətini çəkib.

ONA Türkiyə KİV-ə istinadən xəbər verir ki, NASA-nın “Adını Marsa yazdır” kampaniyasına ən çox maraq göstərən ölkələrin arasında Türkiyə birinci olub.

Belə ki, Yer planet üzrə 1 milyon 615 min 864 insan bu layihə ilə bağlı NASA-nın internet səhifəsində qeydiyyatdan keçib.

Türkiyədən isə 308 min 454 nəfər bu proqramında iştirak üçün müraciət edib .

Bildirilib ki, NASA 2020-ci ildə Günəş sistemindəki ən yaxın qonşumuza - Marsa yeni “Rover” kosmik gəmisini göndərəcək. Müraciət edən şəxslərin adları məhz bu kosmik gəmiyə yerləşdiriləcək.

Qeyd edək ki, NASA-nın rəsmi internet səhifəsində adıçəkilən layihə üzrə qeydiyat sentyabrın 30-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR