Gəmi qəzasında xəsarət alanlar müalicə üçün xaricə göndəriləcək

Gəmi qəzasında xəsarət alanlar müalicə üçün xaricə göndəriləcək
# 11 may 2019 14:09 (UTC +04:00)

“Saipem” şirkəti mayın 8-də gəmidə baş vermiş hadisə ilə bağlı növbəri dəfə məlumat yayıb.

Şirkətdən ONA-ya bildirilib ki, baş vermiş hadisədə yaralanmış 11 nəfərin Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına “Medevac” -xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndrilməsi “Saipem” tərəfindən təşkil olunacaq. Həmin 11 nəfər “Saipem” şirkətinin əməkdaşlarıdır və aralarında Azərbaycan vətəndaşları da var.

Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi ücün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İtaliyanın "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində Xəzərin Azərbaycan sektorunda həyata keçirilən "Şahdəniz" neft-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər zamanı qəza baş verib. Hadisə zamanı 14 nəfər müxtəlif dərəcələ xəsarət alıb. Yaralılar arasında Azərbaycan, İtaliya, İngiltərə, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşları var. "Saipem"in məlumatına əsasən, bütün yaralılara lazımi tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR