Dominik Respublikasında təyyarə qəzaya uğrayıb, pilot ölüb 

Dominik Respublikasında təyyarə qəzaya uğrayıb, pilot ölüb 
# 06 avqust 2019 06:50 (UTC +04:00)


Dominikan Respublikasının şimalında yerləşən Duarte əyalətində təyyarə qəzası baş verib.

APA "TASS"a istinadla xəbər verir ki, hadisə San Fransisko de Makoris kəndi yaxınlığında qeydə alınıb.

Bildirilir ki, qəzaya uğrayan yüngül mühərrikli təyyarəni idarə edən yerli sakin hadisə nəticəsində ölüb. O, təyyarədə tək olub.

Hazırda qəzanın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR