Azərbaycanın xarici ticarət dövriyyəsində yaranmış müsbət saldo 3%-dən çox azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsində yaranmış müsbət saldo 3%-dən çox azalıb
# 15 may 2019 13:53 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 11 639,38 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.

ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,4% artaraq 7 089,96 mln. dollar, idxal isə 50,3% artaraq 4 549,42 mln. dollar təşkil edib.

Cari ilin yanvar-aprel aylarında 2 540,54 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci ilin ilk dörd ayı ilə müqayisədə 3,2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR