FED 2008-ci ildən bəri ilk dəfə baza faiz dərəcəsini aşağı salıb

FED 2008-ci ildən bəri ilk dəfə baza faiz dərəcəsini aşağı salıb
# 01 avqust 2019 04:53 (UTC +04:00)

Ölkədə mərkəzi bank rolu oynayan ABŞ Federal Ehtiyatlar Sistemi (FED) 2008-ci ildən bəri ilk dəfə baza faiz dərəcəsini aşağı salıb və 2,25-2,5%-dən 2-2,25% faiz dərəcəsinə endirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurum rəhbərliyinin iclasının yekununa dair maliyyə tənzimləyicisinin yaydığı məlumatda qeyd olunub.

“İqtisadi perspektivlər baxımından qlobal dəyişikliklərin nəticələri, habelə səssizləşdirilmiş inflyasiya təzyiqi fonunda komitə federal fond dərəcəsinin hədəf həddini 2-2,25%-dək endirmək qərarına gəlib”, - deyə məlumatda qeyd olunur.

FED, həmçinin güclü əmək bazarı və ABŞ iqtisadiyyatında orta artım müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR