İnsan orqanı alverində təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkən dindirilib

İnsan orqanı alverində təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkən dindirilib
# 16 iyul 2019 17:51 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Fərid Qocayev dindirilib.

O bildirib ki, böyrəyini 10 min manata satmağa razılaşsa da, qan qrupu uyğun gəlmədiyinə görə sövdələşmə baş tutmayıb. Zərərçəkmiş bildirib ki, V. Xudatov taksi ilə onu və daha bir nəfəri İrana göndərib: “Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, yanımdakının böyrəyi həmin yaşlı kişiyə köçürülməliydi. Bizi müayinə edən iranlı həkim Mohsen Tahiri məni qan qrupuna görə, yanımdakına isə səhhətindəki başqa bir problemlə əlaqədar donor ola bilməyəcəyimizi dedi”.

Proses iyulun 19-da davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Xudadatov Vahib Fəxrəddin oğlu və onunla əlaqədə olan digər şəxslər saxlanılıb.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Cinayət işində 27 zərərçəkmiş var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR