Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət edirlər.
Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əmək haqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 mln. manat həcmində vəsait yaxın zamanda SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək. SOCAR-ın müxtəlif müəssisələrində ianələrin toplanması davam edir.