Gəncədə məhbus təcridxanada özünə xəsarət yetirib

Gəncədə məhbus təcridxanada özünə xəsarət yetirib
# 08 iyun 2020 15:51 (UTC +04:00)

Gəncədə məhbus özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdurəhman oğlu sol qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İlkin məlumata görə, məhbus özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR