Gəncədə avtomobil yanıb

Gəncədə avtomobil yanıb
# 31 iyul 2019 11:34 (UTC +04:00)

Gəncədə avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gədəbəy rayon sakini Ramal Əliyev idarə etdiyi “VAZ 2115” markalı avtomobili Heydər Əliyev prospektində saxlayaraq, mağazaya gedib.

Sürücü geri qayıdanda avtomobilinin yandığını görüb. Yanğın söndürülüb, alovun ətrafdakı avtomobillərə və tikililərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR