Bakıda avtomobillə vurulan piyada ölüb

Bakıda avtomobillə vurulan piyada ölüb
# 05 avqust 2019 13:00 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR