Lənkəranda 20 yaşlı oğlanı avtomobil vurub

Lənkəranda 20 yaşlı oğlanı avtomobil vurub
# 12 may 2019 23:28 (UTC +04:00)

Lənkəranda 20 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında rayonun Xolmili kəndində baş verib.

Arzu adlı şəxs idarə etdiyi “Niva” markalı avtomobillə piyadanı vurub. Nəticədə 1999-cu il təvəllüdlü Fərman Sünbül oğlu Səfərov ağır dərəcəli bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR