Nazir Fəxrəddin Qoca: “Türkiyədəki çinli turist koronavirusa deyil, donuz qripinə yoluxub”

Nazir Fəxrəddin Qoca: “Türkiyədəki çinli turist koronavirusa deyil, donuz qripinə yoluxub”
# 28 yanvar 2020 23:43 (UTC +04:00)

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən Aksaray vilayətində koronovirus şübhəsi ilə karantinə alınan xəstənin H1N1 - donuz qripinə yoluxduğunu bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir deyib ki, aparılan müayinələrdən gəlinən nəticə bu olub ki, çinli turist “koronavirus 2019-nCoV” virusunun səbəb olduğu pnevmaniya xəstəliyinə yoluxmayıb: “Xəstə ilə bağlı profilaktik tədbirlər görülüb, vətəndaşlarımız narahat olmasın”.

Qeyd edək ki, dünən Aksarayda koronavirus şübhəsilə xəstəxanada müayinə olunan bir çinli və onunla ünsiyyətdə olan 9 həmyerlisi, iki Türkiyə vətəndaşı ilə birlikdə ümumilikdə 12 şəxs tibbi müayinə üçün nəzarətə götürülmüşdü.

Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılan təhlükəli virusdan ölənlərin sayının 106-ya çatdığı bildirilir.

Məlumat üçün bildirək ki, 2010-cu ildə Dünya Səhiyyə Təşkilatı donuz qripinə 208 ölkədə rast gəlindiyini və H1N1 virusundan 12 799 nəfərin öldüyünü açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR