Nardaranlı narkotacirin məhkəməsi başlayır

Nardaranlı narkotacirin məhkəməsi başlayır
# 27 iyul 2019 10:43 (UTC +04:00)

Külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Nardaran sakini Namiq Əlizamanovun cinayət işi üzrə istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsiləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq çəkisi 1 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR