“Yuventus” Massimiliano Alleqri ilə yollarını ayırır

“Yuventus” Massimiliano Alleqri ilə yollarını ayırır
# 17 may 2019 15:43 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Massimiliano Alleqri ilə bağlı qərarını açıqlayıb.

ONA-nın məlumatına görə, Turin təmsilçisi mövsümün sonunda mütəxəssislə yollarını ayıracaq.

Onun istefaya göndərilməsinin səbəbləri açıqlanmır. Baş məşqçi ilə klubun prezidenti Andrea Anyellinin birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, 2014-cü ildən “Yuventus”a rəhbərlik edən M.Alleqri ardıcıl 5 dəfə komandasını çempionluğa daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR