Gürcüstanda hərbçilər qəzaya düşüb, 14 nəfər yaralanıb

Gürcüstanda hərbçilər qəzaya düşüb, 14 nəfər yaralanıb
# 02 iyul 2019 18:54 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində hərbçiləri daşıyan mikroavtobus qəzaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, qəza nəticəsində 14 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR