Ağcabədidə avtomobil yolu keçən qadını vurub

Ağcabədidə avtomobil yolu keçən qadını vurub
# 14 noyabr 2019 10:12 (UTC +04:00)

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, rayonun Hacıməmmədli kənd sakini, 1987-ci il təvəllüdlü Qaraşova Müşkünaz Əliş qızı yolu keçərkən “VAZ 2107” markalı 09 BO 926 dövlət nömrəli avtomobil onu vurub. Yaralı M.Qaraşova sürücü tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra yaralı təcili yardım maşını ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR