Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artaraq 22 400,5 mln. manat təşkil edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-neft ÜDM-i 0,8% azalaraq 14 529,7 mln. manata enib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 249,7 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% azalıb.