Azərbaycana idxal edilən firəngtoyuqların yağlı qaraciyəri üçün gömrük rüsumu müəyyənləşdirilib

Azərbaycana idxal edilən firəngtoyuqların yağlı qaraciyəri üçün gömrük rüsumu müəyyənləşdirilib
# 27 iyul 2019 15:33 (UTC +04:00)

Azərbaycana idxal edilən firəngtoyuqlarının yağlı qaraciyəri üçün gömrük rüsumu müəyyən edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, firəngtoyuqların yağlı qaraciyəri üçün gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, indiyə qədər firəngtoyuqların yağlı qaraciyəri istisna olmaqla, firəngtoyuqların qaraciyərlərinin idxalı üçün 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR