"Fiorentina" klubunda yeni koronavirus infeksiyasına yoluxma halları aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya təmsilçisi rəsmi saytı vasitəsilə bildirib.
Altı nəfərin testi müsbət nəticə verib ki, onlardan 3-ü futbolçu, digər 3-ü isə klub işçiləridir. Xəstələrin adları ictimaiyyətə açıqlanmasa da, onların karantinə alındıqları vurğulanıb. Digər futbolçular isə mayın 8-dən klubun bazasına toplaşacaq və sosial məsafə qaydalarına riayət edərək məşqlərə başlayacaqlar.
Qeyd edək ki, ötən ay "Fiorentina"nın 3 futbolçusu - Patrik Kutrone, Herman Pesselya və Duşan Vlahoviç koronavirusa yoluxmuşdu.