Şəmkirdə “TIR”la “Chevrolet” toqquşub, sürücü xəsarət alıb

Şəmkirdə “TIR”la “Chevrolet” toqquşub, sürücü xəsarət alıb
# 28 iyun 2019 23:18 (UTC +04:00)

Şəmkirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax istiqamətində rayonun 3 yol adlanan ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “TIR” markalı yük maşını ilə “Chevrolet” markalı minik avtomobili toquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Qəza baş verən yolda tıxac yaranıb. Hadiə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub, tıxac aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR