Masallıda ölümlə nəticələnən zəncirvari qəza baş verib

Masallıda ölümlə nəticələnən zəncirvari qəza baş verib
# 26 iyul 2019 13:18 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 24-də saat 18 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Masallı qəsəbə sakini D.Məmmədovun idarə etdiyi “Mercedes”, Səmidxan kənd sakini R.Ağazadənin idarə etdiyi “VAZ-21011” və Ərkivan qəsəbə sakini S.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Ağazadənin sərnişini, 2-ci Səmidxan kənd sakini S.Manafova xəstəxanaya yerləşdirilib və iyulun 25-də orada ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR