İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.
Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.
Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.
Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.