Neftçalada motosiklet daş hasara çırpılıb, sürücü ölüb

Neftçalada motosiklet daş hasara çırpılıb, sürücü ölüb
# 01 avqust 2019 11:51 (UTC +04:00)

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 30-da saat 19 radələrində Neftçala şəhərində Bankə qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Dnepr” markalı motosikleti daş hasara vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov iyulun 31-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR