Türkiyədə “Fiat” və “Renault” zavodlarının fəhlələri tətil elan edib

Türkiyədə “Fiat” və “Renault” zavodlarının fəhlələri tətil elan edib
# 16 may 2015 04:36 (UTC +04:00)

Bakı-APA. Türkiyədə “Fiat” və “Renault” avtomobil zavodlarının fəhlələri tətil elan edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Renault”-un Bursa şəhərindəki müəssisəsi işini dayandırmalı olub.Tətildə 2 500 fəhlənin iştirak etdiyi bildirilir.

Bir qədər sonra tətilə İtaliyanın “Fiat” və “Koç Holding” –in müştərək müəssisəsi olan “Tofas” zavodunun işçiləri qoşulub.

Fəhlələr əmək haqqının aşağı, əmək şəraitinin isə pis olmasına etiraz olaraq tətil keçirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR