İsraildə son sutka ərzində 19 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 608-ə çatıb. Daha iki koronaviruslu xəstə isə dünyasını dəyişib. İndiyədək 268 nəfər virusdan ölüb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda İsraildə 3485 (-34) koronavirusa yoluxmuş xəstə var, onlardan 59-u ağır vəziyyətdədir, 49 xəstə isə süni tənəffüs aparatına qoşulub. Ümumilikdə 12 855 nəfər sağalıb.