Bu ilin aprelin ayının 1-nə Azərbaycan əhalisinin ölkə banklarındakı əmanətlərinin həcmi 8 251,7 mln. manat təşkil edib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ölkə əhalisinin banklardakı əmanətləri son bir ayda 442,7 mln. manat və ya 5,1% azalıb.
Cari ilin əvvəlinə nisbətən bu göstərici 386,2 mln. manat və ya 4,8% azalma deməkdir.