General Haftar Ramazanla bağlı hərbi əməliyyatları dayandırıb

General  Haftar Ramazanla bağlı hərbi əməliyyatları dayandırıb
# 30 aprel 2020 07:16 (UTC +04:00)

Liviya Milli Ordusunun rəhbəri, general Xəlifə Haftarın sözçüsü Əhməd əl-Mismari Ramazan ayı boyunca təktərəfli atəşkəs elan etdiklərini açıqlayıb.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, bu barədə Mismari mətbuat konfransı keçirərək açıqlama verib.

Bildirib ki, beynəlxalq təşkilatların çağırışlarını nəzərə alaraq Ramazan ayında hərbi əməliyyatları dayandırıblar.

Hər hansı bir hərbi addıma cavab vermək hüquqlarının olduğunu xatırladan Mismari deyib ki, ölkədəki hədəflərindən vaz keçmək niyyətləri yoxdur.

Qeyd edək ki, Xəlifə Haftar aprelin 27-də Liviyanı nəzarətə götürdüklərini açıqlamışdı.

Aprelin 29-da isə Türkiyənin Xarici İşlər Nazirliyi Haftarın bu açıqlamasına sərt mövqe bildirib: “Türkiyə Haftarın Liviyada hərbi diktatura qurmaq məqsədinə qarşıdır, Liviya Milli Razılaşma Hökuməti və digər legitim qurumların qorunması üçün qardaş Liviya xalqının yanındadır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR