Baş prokuror vəzifəsinə təyinatla bağlı Milli Məclisə təqdimat daxil olub

Baş prokuror vəzifəsinə təyinatla bağlı Milli Məclisə təqdimat daxil olub
# 29 aprel 2020 19:36 (UTC +04:00)

Baş prokuror vəzifəsinə təyinatla bağlı Milli Məclisə təqdimat daxil olub.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

Təqdimata Milli Məclisin plenar iclasında baxılacaq.

Millət vəkili Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, təqdimata bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında baxılıb.

Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, K. Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR