Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın nəqliyyat və xarici işlər sahələri üzrə aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə nəqliyyat və logistika məsələləri müzakirə olunub.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) “APA-Economics”ə verilən məlumata görə, video-konfrans formatında keçirilən görüşdə Azərbaycan tərəfdən NRYTN, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, NRYTN-in yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Dövlət Dəniz Agentliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri iştirak ediblər.
Nazirliyin dəstəyi ilə baş tutan video-konfransda nəqliyyat və logistika üzrə müvafiq layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə predmeti olub.
Eyni zamanda, sözügedən sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərinə də toxunulub.