"Sədərək" ticarət mərkəzində 34 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

"Sədərək" ticarət mərkəzində 34 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb
# 06 avqust 2019 08:10 (UTC +04:00)

Qaradağ rayonunda bir nəfər döyülüb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu "Sədərək" Ticarət mərkəzinin ərazisində döyüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR