Gürcüstanda “KamAZ”ın dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

Gürcüstanda “KamAZ”ın dərəyə aşması nəticəsində ölənlərin sayı artıb
# 31 iyul 2019 11:47 (UTC +04:00)

Gürcüstanın Tuşeti rayonunda “KamAZ” markalı yük maşınının uçuruma yuvarlanması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəza zamanı itkin düşən gəncin cəsədi 4 gün sürən axtarışlardan sonra bu gün tapılıb.

Qeyd edək ki, iyulun 27-də kuzovunda 13 nəfər olan "KamAZ” markalı yük avtomobil 400 metr yüksəklikdən uçuruma yuvarlanıb. Qəza baş verən an kuzovda olan 5 nəfər tullanmağı bacarıb.

Sərhəd polisinin helikopterinin də cəlb edildiyi axtarış xilasetmə əməliyyatları zamanı yerdə qalan 7 nəfərin meyiti tapılıb.

Qəzaya yük maşınında baş verən texniki nasazlığın səbəb olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR