“Spartak”ın sabiq futbolçusu: “Neftçi” ilə görüşdə hər şey daha pis başa çata bilərdi”

“Spartak”ın sabiq futbolçusu: “Neftçi” ilə görüşdə hər şey daha pis başa çata bilərdi”
# 30 iyul 2019 15:18 (UTC +04:00)

“Arsenal”ın müdafiədə böyük problemləri var. Müdafiə isə məlum olduğu kimi hücumdan başlayır”.

APA-nın məlumatına görə, bu fikirlər SSRİ yığması və Moskva “Spartak”ının sabiq futbolçusu Yevgeni Lovçevə məxsusdur.

Rusiyalı ekspert Tulanın “Arsenal” klubunun mövsümə uğursuz başlaması barədə fikirlərini açıqlayıb. Y.Lovçev Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionatının gümüş mükafatçısı “Neftçi”ylə evdəki ilk oyunda alınan məğlubiyyəti heyətdəki dəyişikliklərlə əsaslandırıb: “Komandanı yayda tərk edən Reziuan Mirzov, Zelimxan Bakayev, Luka Corceviçi əvəzləməyə gələnlər arxa xətdə lazım olduğu qədər işləmirlər. Buna görə də yazda demək olar ki, qol buraxmayan tulalılar ardıcıl ikinci çempionat matçında qapılarında 3 top görüblər. Hələ Avropa Liqasının “Neftçi” ilə görüşü də olub. Həmin görüşdə hər şey daha pis başa çata bilərdi, nəinki 0:1. Hərçənd heç bu hesab da növbəti mərhələyə çıxmaq üçün böyük ümidlər vermir. Görünür ki, “Arsenal” ötən mövsümdə başından yuxarı tullanıb. İndi bu komanda “Rostov”dan da nəzərə çarpan dərəcədə geri qalır”.

Qeyd edək ki, “Neftçi” ilə “Arsenal” arasında cavab oyunu avqustun 1-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR