AMB-nin valyuta ehtiyatları 7,5% artıb

AMB-nin valyuta ehtiyatları 7,5% artıb
# 01 avqust 2019 16:00 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyulun 31-nə 5 962,8 mln. ABŞ dolları təşkil edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 337,1 mln. dollar və ya 6% çoxdur.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 415,9 mln. dollar və ya 7,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR