İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
# 24 iyun 2019 10:47 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR