ABŞ 2021-ci ildə neft hasilatını azaldacaq

ABŞ 2021-ci ildə neft hasilatını azaldacaq
# 12 mart 2020 11:45 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 0,8 mln. barel artaraq 13,2 mln. barel təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, orta illik artım proqnozuna baxmayaraq ABŞ-da neft hasilatı may ayından (13,2 mln. bareldən) azalmağa başlayacaq və 2020-ci ilin dekabrında 12,8 mln. barel təşkil edəcək.

EIA-in proqnozuna əsasən, 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatı orta hesabla 12,7 mln. barel olacaq ki, bu da neft qiymətlərinin enməsi ilə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR