Mingəçevir su anbarında bir nəfər batıb

Mingəçevir su anbarında bir nəfər batıb
# 22 iyul 2019 08:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

APA-nın yerli bürosu xəbər verir ki, Mingəçevir su anbarında batdığı ehtimal edilən şəxs Şəki rayon sakini, 1991-ci il təvəllüdlü Röyal Yusifovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR