“Lüdoqorets” oyuna maska və əlcəklə yollanıb - FOTO

“Lüdoqorets” oyuna maska və əlcəklə yollanıb - FOTO
# 26 fevral 2020 22:13 (UTC +04:00)

Bolqarıstanın “Lüdoqorets” klubu Avropa Liqasının oyunu üçün İtaliyaya yollanıb.

Apasport.az saytının məlumatına görə, Razqrad təmsilçisi matçın baş tutacağı Milan şəhərinə çatarkən maska və əlcəklərdə olublar.

Bununla bolqarıstanlılar koronovirusdan qorumağa çalışdıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, İtaliyada koronavirus yayıldığından 1/16 final mərhələsinin cavab oyunu tamaşaçılarsız keçiriləcək. Bu komandaların ilk matçında Milan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR