Bu ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1% artaraq 2659,5 milyon manat təşkil edib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1950,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3%-ni təşkil edib. Cari ilin dörd ayı ərzində hər bir ölkə sakini orta hesabla 269,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

İnfrastruktur

“Gmail” köhnə hesabları silib

ETX ABŞ şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Özbəkistanla kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlıq müzakirə edilib
