Mingəçevirdə minik avtomobili yanıb

Mingəçevirdə minik avtomobili yanıb
# 20 iyul 2018 07:10 (UTC +04:00)

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR