Avropa Gimnastika İttifaqının prezidenti Bakının qitə çempionatına hazır olduğunu deyib

Avropa Gimnastika İttifaqının prezidenti Bakının qitə çempionatına hazır olduğunu deyib
# 15 may 2019 11:32 (UTC +04:00)

“Avropa çempionatları mövsümü ötən ay Polşanın Şetsin şəhərində başladı. Orada aprelin 10-14-də idman gimnastikası üzrə qitə çempionatı keçirildi”.

ONA-nın məlumatına görə, bu sözlər Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova məxsusdur.

O, rəhbəri olduğu qurumun rəsmi saytında təşkilatın fəaliyyəti barədə qeydlərini hazırlayıb. F.Qayıbov arxada qalan və startı gözlənilən turnirlər haqda fikirlərinə də yer verib. O, Bakının ev sahibi olduğu nüfuzlu yarışlara da toxunub: “1969-cu ildə keçirilən yarışdan 50 il sonra qitə çempionatının Polşaya qayıtmasına çox şad olduq. Olimpiya növləri üzrə dünya çempionatları seriyası isə artıq başa çatıb. Aprelin 26-28-də Bakıda təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında iştirak imkanım oldu. Bu tədbir üçün nəzərdə tutulan şəraitlə təşkilatçılar nümayiş etdirdilər ki, bədii gimnastika üzrə 35-ci Avropa çempionatına hazırdırlar. Bunun da ardınca Bakıda aerobika üzrə 11-ci Avropa çempionatı baş tutacaq”.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatın mayın 16-19-da olacaq. Aerobika üzrə qitə birinciliyi isə mayın 24-29-na təsadüf edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR