Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu müəyyənləşib.
APA-nın məlumatına görə, 23 yaşlı hücumçu karyerasını Rusiyada davam etdirəcək. O, Moskva "Dinamo"su ilə danışıqları müsbət yekunlaşdırıb və 1 illik müqaviləyə imza atıb.
Artıq paytaxt təmsilçisi bununla bağlı rəsmi "Tvitter" səhifəsində paylaşım da edib.
Qeyd edək ki, Ramil Şeydayev son mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib.