İngiltərə Premyer Liqasında koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “11-lik”də cəmi 4 klubun üzvləri yer alıb.
Yarışın lideri “Liverpul”un daha çox – 6 futbolçusu rəmzi komandaya layiq görülüb. “Lester”lə “Şeffild Yunayted” hərəyə 2, son çempion “Mançester Siti” 1 oyunçu ilə təmsil olunub.
Qapıçı: Den Henderson (“Şeffild Yunayted”);
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı “Liverpul”), Cek Okonnell (“Şeffild Yunayted”);
Yarımmüdafiəçilər: Oninye Ndidi (“Lester”), Cordan Henderson (“Liverpul”), Kevin de Breyne (“Mançester Siti”);
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Ceymi Vardi (“Lester”).