"Azərkosmos" bu il xidmətlərin ixracından 16 mln. dollardan çox gəlir əldə edib

"Azərkosmos" bu il xidmətlərin ixracından 16 mln. dollardan çox gəlir əldə edib
# 28 iyun 2019 15:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.

"Bu ilin may ayında “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 2,3 mln. ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və Birləşmiş Ərəb Əmirlikləridir", - deyə R. Hüseyn qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR