Vətəndaşlar şəxsiyyət vəsiqələrini yaşayış yerindən asılı olmayaraq "ASAN xidmət" mərkəzlərində dəyişdirə biləcəklər

Vətəndaşlar şəxsiyyət vəsiqələrini yaşayış yerindən asılı olmayaraq "ASAN xidmət" mərkəzlərində dəyişdirə biləcəklər
# 24 may 2019 11:35 (UTC +04:00)

Vətəndaşlar şəxsiyyət vəsiqələrini yaşayış yerindən asılı olmayaraq bütün “ASAN xidmət” mərkəzlərində dəyişdirə biləcəklər. ONA-nın xəbərinə görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu xidmət ölkə üzrə açılacaq 5 yeni “ASAN xidmət” mərkəzinin açılışından sonra istifadəyə veriləcək.

"Cari ilin sonuna 6 mərkəzin istifadəyə veriləcəyi gözlənilir. Bu mərkəzlərdən sonra biz artıq onu bəyan edəcəyik", - deyə Ü. Mehdiyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR